SUYUN ÜZÜNƏ ÇIXAN SAHİL

dəniz dibinin suyun altından qalxaraq əmələ gətirdiyi, sahil. Bir başqa sahil xəttinə söykənən quru zolaq, özlüyündə alçaq və hamar, parçalanmamış və ya zəif parçalanmış, dənizə doğru azca meylli səth əmələ gətirir. берег всплывания coast surfaced
SUYUN SƏVİYYƏSİ
SÜXURLARIN KEÇİRMƏ QABİLİYYƏTİ
OBASTAN VİKİ
Suyun aerasiyası
Suyun aerasiyası — həm təbii, həm də süni mühitlərdə suyun oksigenlə doyma səviyyəsinin artırılması və ya saxlanması prosesi. Bu, suyu oksigenlə zənginləşdirmək, içiləcək və texniki məqsədlə işlədiləcək suyu təmizləmə qurğularında zərərli qatışıqlardan (həll olmuş qazlar, dəmir birləşmələri və s.) təmizləmək, həmçinin bioloji təmizləmə qurğularında çirkabdakı üzvi maddələri və digər çirkləri minerallaşdıran mikroorqanizmlərin həyat fəaliyyətini təmin etmək üçün tətbiq olunur.
Suyun forması
Suyun forması (ing. The Shape of Water — azərb. "Suyun şəkli", "Suyun səsi", yaxud "Suyun pıçıltısı"‎) fantastik janrda olan, Giliermo del Torronun lentə aldığı, Eliz və "balıq-adamın" sevgisindən bəhs edən ekran əsəri. "Suyun forması" filmi "Oskar" mükafatının 90-cı təqdimat mərasimində "Ən yaxşı film" nominasiyasında qalib gəlib. Filmin baş rollarını Maykl Stalbarq, Maykl Şennon və Oktavia Spenser canlandırıb. Filmdəki hadisələr 1962-ci ildə, SSRİ və ABŞ arasındakı soyuq müharibə dövrünə təsadüf edir. Filmin baş qəhrəmnı Elayza Espozita Baltimorda gizli hərbi laboratoriyada xadimə işləyir. İlk baxışdan adi həyat sürən Elayza uşaqlıqda aldığı zədədən sonra laldır. Onun ünsiyyətdə olduğu iki adamdan biri iş yoldaşı qaradərili Zelda və qoca qonşusu Caylsdır. Bir gün gizli laboratoriyaya tədqiqat üçün qeyri adi obyekt gətirilir.
Suyun təmizlənməsi
Suyun təmizlənməsi — su olduqca qiymətli sərvətdir. Təbii su təchizatı mənbələrindən su kəmərinə verilən suyun keyfiyyətini müəyyən edilmiş norma göstəricilərinə çatdırmaq məqsədilə aparılan texnoloji proseslər kompleksi suyun təmizlənməsi adlanır. Su ehtiyatlarının özünün təmizlənməsi təbiət hadisələrindən biridir. Özünü təmizləmə bir çox faktorlardan (fiziki, kimyəvi və bioloji) asılıdır. Fiziki faktorlardan günəş enerjisini göstərmək olar. Günəş ultrabənövşəyi şüalarının təsiri nəticəsində zərərli mikroblar, bakteriyalar, virusların hissəciklərini məhv edir. Su ehtiyatlarına daxil olan çikləndirici maddələrin qarışdırılması, əridilməsi suyun özünü təmizləməsinin əsas fiziki faktorlarından biridir. Suyun özünü təmizləməsinin kimyəvi faktorlarına üzvi və qeyri-üzvi maddələrin oksidləşməsini göstərmək olar. Su ehtiyatların özünü təmizləməsində heyvan və bitki aləminin də rolu böyükdür. Suda yaşayan heyvanları su ehtiyatlarının sanitarı adlandırırlar və onlar suları özlərindən keçirərək təmizləyirlər.
Sahil
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar sularda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoqrafik, struktur, dinamik, genetik və b.
Suyun hal diaqramı
Kükürd tipli maddələr təbiətdə ən çox yayılmış maddələrdir. Lakin bir sıra maddələr də vardır ki, kükürd tipli maddələrdən fərqli olaraq, maye fazadan kristallaşdırdıqda həcmləri artır. Bu halı daha aydın təsəvvür etmək üçün H2O-un hal diaqramını nəzərdən keçirmək olar. Bu diaqramda absis oxu üzərində temperatur, ordinant oxu üzərində isə təzyiq verilmişdir. Diaqramda hər bir fazaya müəyyən sahə uyğun gəlir ki, bunlardan da hər biri digərinin verilən iki fazanın tarazlığını xarakterizə edən əyrilərlə ayrılır. Bu əyrilər üç fazanın tarazlıqda olduğu üçlü nöqtədə birləşir. Bu əyrilər göstərir ki, su və buxarın tarazlıqda olduğu hər bir temperatura müəyyən buxar təzyiqi və ya hər bir buxar təzyiqinə müəyyən temperatur müvafiq gəlir. Belə ki, 100oC temperaturda suyun buxar təzyiqi yalnız 760mm civə sütununa bərabər olduğu halda hər iki faza arasında tarazlıq yaranır. Həmin temperaturda buxar təzyiqinin dəyişməsi fazalardan birinin itməsinə, yəni bir fazalı sistem alınmasına gətirib çıxarır. Suyun kristallaşması Le-Şatelye prinsipinə əsasən buzun əriməsinə və suyun kristallaşma temperaturunun aşağı düşməsinə səbəb olur.
Təbiətdə suyun dövranı
Su dövranı — biosferdə suyun dövri yerdəyişmə prosesidir. Buxar, kondensasiya və çöküntülərdən ibarətdir.Bu dövran materiyanın hərəkət etdiyini göstərir və təsdiq edir. Su yer kürəsində fasiləsiz dövr edir, buna görə suyun ümumi həcmi dəyişməz qalır. Yer kürəsinin səthinin dörddə üç hissəsi suyla örtülmüşdür. Yer kürəsinin su təbəqəsini hidrosfer adlandırırlar. Dənizlər və okeanların duzlu suyu hidrosferin böyük hissəsini təşkil edir. Bundan başqa — göllər, çaylar, buzlaqlar, qrunt suları və su buxarı hidrosferi təşkil edən əsas elementlərdir. Yer kürəsində su üç aqreqat halda mövcuddur (maye, bərk və qaz). Susuz canlı orqanizmlərin mövcudluğu mümkün deyil. İstənilən orqanizmdə istənilən halda su mövcuddur.
Avatar: Suyun yolu
Avatar: Suyun yolu (ing. Avatar: The Way of Water) — rejissoru Ceyms Kemeron olan 2022-ci il ABŞ istehsalı elmi fantastika filmi. Film 2009-cu il istehsalı "Avatar" filminin davam filmidir. Ceyk Salli və Neytiri ailə həyatı qurublar. Amma keçmiş mübarizə yenidən başlayır. Onlar bu səbəbdən evlərindən uzaqlaşıb, Pandoranın müxtəlif yerlərini kəşf edirlər.
Diskordant sahil
Diskordant sahil- (lat.discordans-qeyri-uyğun) Qırışıq tektonik strukturlu, adətən çoxlu miqdarda körfəz və buxtalarla parçalanmış və mürəkkəb sahil xətti əmələ gətirən dəniz və ya okean sahilinə deyilir. Məsələn: Kiçik Asiyanın qərb sahili.
Lacivərd sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın cənub-şərq qurtaracağındakı Aralıq dənizi sahil xətti. Rəsmi sərhədi yoxdur, lakin Lacivərd sahil dedikdə adətən şərqdə Fransa-İtaliya sərhədindəki Mentona, qərbdə isə Tulon, Le-Lavandu və ya Sen-Tropenin bir hissəsi nəzərdə tutulur. Sahil Fransanın Provans-Alp-Kot-d'Azür regionundadır.
Laqunlu sahil
Laqunlu sahil (rus. лагунный берег, ing. lagoon coast) — sahil tipi, sahil xəttinin bütün girinti-çıxıntıları (körfəzlər, limanlar və s.) açıq dənizdən qum təpələri və tirələri ilə ayrılaraq sahil boyunca uzanan laqun zənciri əmələ gətirir.
Mavi sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın cənub-şərq qurtaracağındakı Aralıq dənizi sahil xətti. Rəsmi sərhədi yoxdur, lakin Lacivərd sahil dedikdə adətən şərqdə Fransa-İtaliya sərhədindəki Mentona, qərbdə isə Tulon, Le-Lavandu və ya Sen-Tropenin bir hissəsi nəzərdə tutulur. Sahil Fransanın Provans-Alp-Kot-d'Azür regionundadır.
Qərb Sahil
İordan çayının qərb sahili (ərəb. الضفة الغربية‎, aḍ-Ḍiffah al-Ġarbiyyah; ivr. ‏הַגָּדָה הַמַּעֲרָבִית‏‎, HaGadáh HaMaʽarávit) — Ön Asiyanın Levant bölgəsində, Aralıq dənizinin sahili yaxınlığında yerləşən, şərqdən İordaniya və Ölü dənizlə, cənubdan, qərbdən və şimaldan isə İsraillə həmsərhəd olan, dənizə çıxışı olmayan ərazi. Bölgə Fələstin Dövlətinin iddia etdiyi iki ərazidən (digəri Qəzzə zolağıdır) böyüyüdür. İordan çayının qərb sahili qismən Fələstinin idarəsi altında olan 165 Fələstin anklavına bölünür. İordan çayının qərb sahilinin qalan hissəsi, o cümlədən 200 İsrail yaşayış məntəqəsi tam İsrailin nəzarəti altındadır. Ərazinin 2 747 943 nəfər fələstinli əhalisi var və təxminən 220 000-i Şərqi Qüdsdə olmaqla 670 000-dən çox israilli köçkün burada yaşayır.
Sahil bəndi
Sahil bəndi (rus. береговой вал, ing. beach-ridge) — ləpədöyən axının fəaliyyəti ilə yaranmış və plyajın arxa hissəsində yerləşən akkumulyativ relyef forması; hündürlüyü 4 m-ə qədər çatır. Eyni yaşlı sahil xəttinə paralel yerləşir. Sahil bəndi dəniz, yaxud gölün sahil xəttinə paralel istiqamətlənmiş, çınqıl, çınqıl-qum, qum, yaxud molluska qabıqlarından təşkil olunmuş alçaq (bir neçə sm-dən bir neçə m-dək) tirədir. Sahil bəndi asimmetrik olub az meyilli yamacıyla su hövzəsinə, dik yamacla isə quruya tərəf yönəlmişdir. Sahil bəndi dib çöküntülərinin dalğalar vasitəsilə sahildə toplanması nəticəsində yaranır. Müasir sahillərdə bir və bir neçə sahil bəndi müşahidə olunur. Sahil Eol relyef Sahil akkumulyasiyası Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Sahil canavarı
Qonur kaftar və ya sahil canavarı (lat. Parahyaena brunnea) — Kaftarlar fəsiləsindən yırtıcı məməli heyvan növü.
Sahil cığı
Qafqazda, Şimali İranda, Orta Asiyada yayılmışdır. Düz, yumru, cod gövdəli, hündürlüyü 60-80(100) sm, bünövrəsində qınlarla örtülmüşdür.Yarpağı silindrik, gövdədən qısadır.Yan çiçək qrupu, şaxələnmiş, süpürgəvarı, nazık budaqlıdır: çiçəkləri budaqların ucunda 2-5 ədəd yığılmışdır.Çiçəkaltlığı çiçək qrupundan qısa və ya ona bərabər, iynəli, bünövrəsində enliləşmiş və pərdəlidir.Çiçəkaltlıqları yumurtavari, biz, təxminən çiçəkaltlığına bərabərdir. Çiçəkyanlığının yarpaqları əvvəlki növdə olduğu kimidir.Qutucuğu ensiz, üç hissəli-konusvari və ya uzunsov-yumurtavari, qonur, çiçəkyanlığından 1,5-2 dəfə uzundur.Toxumu uzunsov, xırda,qonur, qısa, ağ çıxıntılıdır. Nəmişli yerlərdə və duzlu qumlarda bitir. Cənub bölgəsində, Abşeronda, Şirvanda, Kürətrafında təbii halda rast gəlinir. Tək və qrup əkinlərində, canlı çəpərlərin salınmasinda istıfadəsi məqsədyönlüdür. Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Sahil daşçevirəni
Sahil daşçevirəni (lat. Arenaria interpress) — arenaria (animal) cinsinə aid quş növü.
Sahil metrostansiyası
Sahil metrostansiyası — Bakı Metropolitenində stansiya. Stansiyaya daxil olan qatarlarda Liman musiqisindən fraqment səslənir. 6 noyabr 1967-ci ildə istismara verilmişdir. "Bakı Soveti-Nərimanov" yol mənzili sahəsində açılmış ilk 5 stansiyadan biridir. İlk adı "26 Bakı komissarı" olduğundan, stansiyanın inşaatında bu mövzu əsas götürülmüşdü. Stansiyanın pilonları metalla büllur şüşənin xəlitəsindən hazırlanmış mozaika ilə örtülmüşdü. Bu xüsusda orta zalın soffit işıqlandırılması da xüsusi təsir bağışlayırdı. Stansiya yollarında lüminesent işıqlandırma armaturları pilonların üstündə dalğavari pərvaz konstruksiyanın içində yerləşdirilərək, xəfif dalğa effektini də verir. 1993-cü ildə orta yarımdairə tikili üzərində zalda smaltadan "Dəniz lövhələri" adlı mozaik panno quraşdırılıb. Onun mövzusunda dəniz üzərində qürub edən günəş təsvir olunub.
Sahil parkı
Sahil bağı və ya Sahil parkı – Bakı şəhərinin mərkəzində, Üzeyir Hacibəyov küçəsində yerləşən park. Bu bağa ilk olaraq Hürriyyət bağı adı verilməsi və Nuru Paşanın heykəlinin burda ucaldılması təklif edilib. Səbəb kimi də, 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdə Nuru Paşanın çağırışı ilə bayram mitinqinin məhz indiki Sahil bağının yerləşdiyi ərazidə təşkil olunması və Nuru Paşanın həmin gün sözügedən əraziyə Hürriyyət meydanı adını verməsi göstərilmişdi. SSRİ dövründə isə bu bağ əvvəllər 26-lar bağı kimi tanınırdı. Belə ki, Türkmənistanda güllələnən 26-ların cəsədləri 1920-ci ildə parkın yerində dəfn olunmuşdular. 2018-ci ildə AXC-nin 100 illiyi ilə əlaqədar bağın adının Cümhuriyyət bağı adlandırılması təklif edilmişdi. Parkın ortasında, böyük, Şərq üslubunda tikilən, fincan şəkilli, üç pilləli fəvvarə var. Bağın ərazisindəki çoxillik ağaclar arasında çoxlu palma, çinar, göyrüş və başqa ağaclar var. Ərazisi 22 min m2 olan parkda 2009-cu ildə əsaslı təmir işləri aparılıb. Bağda kompüterlə idarə olunan və italiyalı mütəxəssislər tərəfindən hazırlanmış 3 yeni fəvvarədən ibarət kompleks quraşdırılıb.
Sahil qaranquşu
Sahil qaranquşu (lat. Riparia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinə aid heyvan cinsi.
Sahil qızılağacı
Sahil qızılağacı (lat. Alnus maritima) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü.
Sahil qəsəbəsi
Sahil (əvvəlki adı: rus. Примо́рск; Primorsk; Dənizkənarı) — Azərbaycanın Qaradağ rayonunda şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Qaradağ rayonunun Dənizkənarı qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Dənizkənarı şəhər tipli qəsəbə Sahil şəhər tipli qəsəbə, Dənizkənarı qəsəbə inzibati-ərazi vahidi Sahil qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. Qəsəbə dəniz sahilində yerləşdiyi üçün belə adlandırılmışdır. Sahil qəsəbəsində 1949-cu ilə qədər balıq vətəgəsi olub. Qəsəbənin yaranma tarixi 1949-cu ildə Qaradağ Sement Zavodunun tikintisi ilə bağlıdır. Belə ki, həmin dövrdə Keşlə qəsəbəsində yerləşən sement zavodunun Bakı şəhərinin mərkəzindən Qaradağ Dəmir Yolu stansiyasının yaxınlığına köçürülməsi qərara alınmışdır. Zavodun tikintisi və gələcək fəaliyyəti ilə əlaqədar dənizin kənarında ilk yaşayış evləri tikilmiş, 1951-ci ildə zavodun I və II texnoloji xətləri işə salınmış və 1952-ci ildə Sahil qəsəbəsi inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur. Qəsəbə Xəzər dənizi sahilində yerləşir. Küləkli, az rütubətli havası var.
Sahil terrasları
Sahil terrasları- Qurunun qalxması və dənizin ləpədöymə işi nəticəsində sahildə əvvəlki səviyyədən yuxarıda yerləşən abraziya platformalarıdır.Sahil terrasları bir-birindən hündürdə yerləşən bir neçə terrasdan ibarət ola bilər.Qafqazın Qara dəniz sahilboyunda belə terraslar aydın görünür.
Sahil xətti
Sahil xətti (rus. береговая линия, ing. shoreline, shore-line, coastal line) — dəniz və ya gölün üfqi su səthinin quru ilə kəsişdiyi xətt. Böyük su hövzələrinin səviyyəsi daimi olmadığı üçün S.x. anlayışı müəyyən dərəcədə şərti səciyyə daşıyır və su hövzəsi səviyyəsinin orta çoxillik vəziyyətini əks etdirir. Sahil xəttinin yerdəyişməsi — (rus. перемещение береговой линии, ing. dislocation of coastal line) yer qabığının ehtizazı hərəkətləri və ya Dünya okeanında suyun həcminin dəyişməsi ilə əlaqədar dənizin geri çəkilməsi (reqressiya) və ya qurunu basması (transqressiya) nəticəsində dənizin sahil xəttinin vəziyyətinin dəyişilməsi. Sahil xəttinin dənizə doğru geriyə çəkilməsi mənfi, quruya doğru irəliləməsi isə müsbət yerdəyişmə adlanır. Ssahil xəttinin yerdəyişməsi hövzədə suyun həcminin dəyişməsi /məs: materik buzlarının əriməsi/ ilə əlaqədar olduğu halda hidrokratik və ya evstatik, yer qabığının ehtizazı hərəkətləri ilə əlaqədar olduğu halda isə geokratik və ya epeyrogenik adlanır.
Sahil Şirinov
Sahil Həsrət oğlu Şirinov (d. 22 iyun 1992; Qəbələ, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (leytenantı). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Sahil Şirinov 1992-ci ilin 22 iyun günündə Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub.2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2014-cü ildə Motoatıcı taqım komandiri ixtisası üzrə bitirərək leytenant hərbi rütbəsi almışdır. Leytenant Sahil Şirinov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 6-sı isə Sahil Şirinov doğulduğu Qəbələ rayonunun Bum qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və leytenant Şirinov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Sahil Şirinov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Sahil şamı
Dəniz şamı (lat. Pinus pinaster) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Təbii halda Aralıq dənizi nin şərqində və Portuqaliya da yayalmışdır. Ağacın hündürlüyü 30 m-ə qədər, gövdəsinin diametri 40 sm-ə çatır. Gövdəsinin qabığı tünd-qonur rəngli, qalın və qeyri-bərabər çatlıdır. Çətiri yaxşı inkişaf edərək diamteri 6,5 m-ə çatır. Tumurcuqları qırmızı-qonur, qatranlı, uzunsov, yumurtavarı, bizşəkilli, uzunluğu 6-12 mm olmaqla zoğların zirvəsində dəstələrlə yerləşir. İynəyarpaqları göyümtül-yaşıl rəngli, zoğlarda spiral formasında cüt-cüt yerləşir, iynəyarpaq alt tərəfdən hamar, üstdən qabarıq, ucu biz, kənarları xırda dişlidir, uzunluğu 2-8 sm-ə qədərdir. Qozaları 18 sm uzunluqda, yumurtavarı olub, iridir, ağaca xüsusi gözəllik verir. Ağac yaşlandıqca qozaların sayı azalır.